Afrika Kubokunun gizli ulduzu - FOTO

Xəbərlər
30 Dekabr 2025 15:00
54
Afrika Kubokunun gizli ulduzu - FOTO

Seneqallı fotoqraf Amina Foll Afrika Millətlər Kuboku zamanı sosial şəbəkələrdə turnirin rəsmi paylaşımlarını belə kölgədə qoyan populyarlıq qazanıb.

İdman.Biz xəbər verir ki, onun stadionlarda çəkilən fotoları minlərlə bəyənmə toplayır, bir çox hallarda turnirin rəsmi hesablarının paylaşımlarını geridə qoyur və azarkeşlər xüsusilə onun parlaq obrazlarını, stilini və estetik baxış bucağını yüksək qiymətləndirirlər.

İnternet istifadəçilərinin bir qismi əvvəlcə bunun Afrika Kubokuna diqqət çəkmək üçün hazırlanmış süni intellekt məhsulu olduğunu düşünsə də, Amina Foll real şəxsdir və sosial şəbəkələrdə 108 min izləyicisi var.

Fotoqrafın işi Afrik Futbolu Konfederasiyası tərəfindən də xüsusi mükafatla qiymətləndirilib və o, böyük peşəkar uğuruna görə “İlin qadını” nominasiyasında xüsusi mükafata layiq görülüb.

İdman.Biz