III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci pillədəki yerini qoruyub

Xəbərlər
6 Oktyabr 2025 09:57
32
III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci pillədəki yerini qoruyub

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.

İdman.biz xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 194 (105-55-34) medalla liderdir. Azərbaycan 161 medalla ikinci pillədə qərarlaşıb: 29 qızıl, 46 gümüş və 86 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 101 (27-26-48) medal.

Bu günə qədər III MDB Oyunlarında 10 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.

İdman.biz

Məqalədə: