Keçmiş UFC çempionu Həmzət Çimayev təşkilatın prezidenti Dana Uaytdan onun üçün yeni döyüş təşkil etməsini istəyib.
İdman.Biz xəbər verir ki, çeçen əsilli döyüşçü “Instagram” hesabında Uaytı qeyd edərək, “Nəyi gözləyirik? Mən döyüşmək istəyirəm” yazıb.
Qeyd edək ki, Çimayev son döyüşünü bu il UFC-328 turnirində Şon Striklendə qarşı keçirib. Orta çəkidə titul uğrunda görüşdə Striklend hakimlərin bölünmüş qərarı ilə qalib gəlib və Çimayev çempionluq kəmərini itirib.
