Topuriya: “Mahaçev Della Maddalenaya uduzsa, qoy Dağıstana qayıdıb qoyunlarını otarsın” - VİDEO

Xəbərlər
18 Oktyabr 2025 09:32
72
Topuriya: “Mahaçev Della Maddalenaya uduzsa, qoy Dağıstana qayıdıb qoyunlarını otarsın” - VİDEO

Yüngül çəkidə hazırkı UFC çempionu, qarışıq döyüş növləri üzrə gürcü əsilli İspaniya idmançısı İliya Topuriya Cek Della Maddalena ilə İslam Mahaçev arasında keçiriləcək döyüşdən danışıb.

“İslam Maddalenaya uduzsa, Dağıstana qayıda bilər. Qoy öz fermasında qoyunlarını otarsın. Amma o qalib gəlsə, mən çəkimi artıracağam. Bunu sizə söz verirəm. 100%”, - Topuriya bildirib.

Daha əvvəl UFC prezidenti Dana Uayt Della Maddalena və Mahaçev arasında ağır çəki dərəcəsində titul döyüşü noyabrın 16-na keçən gecə baş tutacaq “UFC 322”də keçiriləcəyini təsdiqləyib.

İdman.Biz