UFC prezidenti Dana Uayt Vaşinqtonda Ağ Evdə keçiriləcək tədbirin siyasiləşdirilməsi ilə bağlı tənqidlərə cavab verib.
İdman.Biz xəbər verir ki, Ağ Evdə UFC tədbirinin 14 iyun 2026-cı ildə keçirilməsi planlaşdırılır.
“Corc Buş beysbol, Obama NBA azarkeçi idilər, Tramp isə UFC azarkeşidir. Düşünmürəm ki, onlardan hər hansı birinin azarkeş olması heç bir idman növünü çox siyasiləşdirib”, - “Bloomberg” Uaytın sözlərini sitat gətirir.
Uaytın sözlərinə görə, məkan 5000-ə qədər tamaşaçı qəbul edə biləcək. Əlavə 85.000 tamaşaçı tədbiri böyük ekranlarda izləyə biləcək.
