İrina Zaretska finalda

Xəbərlər
9 Sentyabr 2023 22:52
95
İrina Zaretska finalda

Azərbaycan millisinin karateçisi İrina Zaretska (68 kq) İrlandiyada keçirilən Premyer Liqa turnirində finala yüksəlib.

İdman.biz-in məlumatına görə, qrup mərhələsində birinci yeri tutan idmançı 1/4 finalda indoneziyalı Georgiya Zefaniya üzərində qələbə qazanıb - 5:2. Yarımfinalda isə İrina ukraynalı Elina Silemeneyevaya qalib gəlib - 3:1.

Sabahkı finalda Zaretska isveçrəli Yekaterina Quirici ilə qarşılaşacaq.

Dublindəki start bu il Premyer Liqanın son, dördüncü mərhələsidir. Ondan əvvəl Qahirə, Rabat və Fukuokada turnirlər keçirilib.

Nicat Zəkiyev

İdman.biz