Azərbaycan karateçiləri dünya çempionatına 5 lisenziya qazandı - FOTO

Xəbərlər
19 Oktyabr 2025 20:51
68
Azərbaycan karateçiləri dünya çempionatına 5 lisenziya qazandı - FOTO

Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında Roman Heydərov (kata), İrina Zaretska (-68 kq - top reytinq / seçimsiz), Mədinə Sadıqova (-55 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (+84 kq) ilə dünya çempionatına lisenziya qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

Milli komandamız Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında ölkəmizi təmsil edib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 27–30-da Misirin Qahirə şəhərində keçiriləcək.

İdman.Biz