Azərbaycanın cüdo üzrə milli yığma komandası Yaponiyada təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir.
İdman.biz xəbər verir ki, təlim-məşq toplanışına böyüklərdən ibarət yığma komandanın 18 üzvü qatılıb.
Hazırlığın ilkin mərhələsi noyabrın 11-21-də Tokay Universitetində keçirilib. Komandanın ikinci təlim-məşq toplanışı noyabrın 21-dən etibarən Tsukaba Universitetində davam edir. Hazırlıq prosesi noyabrın 28-nə qədər davam edəcək.
Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edir.
Qeyd edək ki, təlim-məşq toplanışı 2024-cü ildə Fransada keçiriləcək Yay Olimpiya Oyunlarına uzunmüddətli hazırlığın bir hissəsidir.
İdman.biz