15 yaşadək cüdoçular arasında “Heydər Əliyev” ilinə həsr olunan cüdo üzrə açıq birincilik keçiriləcək.
İdman.biz xəbər verir ki, sabah baş tutacaq yarışda Azərbaycan, Almaniya və Qazaxıstadan 442 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF), Qarabağ Regional Gənclər və İdman İdarəsi və Şuşa rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçiriləcək. Yarışda qaliblər 12 çəki dərəcəsində bəlli olacaq.
Əsas məqsədi yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
İdman.biz