Azərbaycan yığmasının gənc cüdoçuları Nabranda təlim-məşq düşərgəsində iştirak edirlər.
İdman.biz xəbər verir ki, hazırlıqlar baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərliyi ilə keçirilir.
Toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib. Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi 4-7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
İdman.biz