Bu gün Azərbaycan Cüdo Federasiyasının yaranmasından 51 il ötür.
İdman.biz xəbər verir ki, federasiya yarandığı gündən Azərbaycanda cüdo idman növünü inkişafında mühüm rol oynayıb.
Qurumun qarşısında duran əsas öhdəlik cüdonu ölkə üzrə inkişaf etdirmək və kütləvləşdirməkdən, gənc istedadların yetişdirilməsinə, cüdonun əsas dəyərlərinin geniş ictimaiyyətə aşılanmasına və cüdoçularımızın beynəlxalq arenada zəfərli çıxışlarını təmin etməkdən ibarət olub.
Azərbaycan Cüdo Federasiyası son 51 ildə cüdonun inkişafında töhfəsi olmuş bütün şəxslərə - məşqçilərə, hakimlərə, idmançılara, tibbi personala, inzibati işçilərə, habelə bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib.
Azərbaycan cüdo ailəsinin bütün üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edirik.
İdman.biz