Heydərov, Kotsoyev və digərləri İspaniyada təlim-məşq toplanışında - FOTO

Xəbərlər
21 May 2025 12:36
30
Heydərov, Kotsoyev və digərləri İspaniyada təlim-məşq toplanışında - FOTO

Azərbaycan cüdo yığması Avropa Cüdo İttifaqının İspaniyanın Benidorm şəhərində təşkil etdiyi təlim-məşq toplanışına qatılıb.

İdman.biz xəbər verir ki, ümumilikdə 36 idmançımız (28 kişi, 8 qadın) hazırlıq prosesində iştirak edir.

Onlar kişilərdən ibarət millinin baş məşqçisi Rixard Trautman, qadın komandasının çalışdırıcısı Amina Abdelatif və gənclər yığmasının baş məşqçisi Rüstəm Alimlinin rəhbərliyi altında məşq edirlər.

Toplanışın əsas məqsədi iyunun 13-20-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına və digər beynəlxalq turnirlərə hazırlıqdır. Toplanışda Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev də iştirak edirlər.

20-dən artıq ölkənin nümayəndələrinin qatıldığı beynəlxalq təlim-məşq toplanışı mayın 23-də başa çatacaq.

İdman.biz