Azərbaycan cüdoçuları Avropa kubokunda

Xəbərlər
10 May 2025 13:08
59
Azərbaycan cüdoçuları Avropa kubokunda

Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku start götürüb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan cüdoçuları da iştirak edir.

Ölkəmizi 60 kq-da Babarəhim Mirzəyev, Murad Əliyev və Amin İsmayılov, 66 kq-da Tofiq Məmmədov, Nazir Talıbov, Kənan İsmayılov, Rəşad Elkiyev və Eltac Yusifli, 73 kq-da isə Rüfət Şövlətov, Nəriman Mirzəyev, Kamran Süleymanov və Qədir Hüseynov təmsil edirlər.

Avropa kubokunda ümumilikdə 15 ölkədən 199 idmançı çıxış edəcək.

İdman.biz