Cüdoda Dünya turu bu həftə yenidən davam edəcək.
İdman.biz xəbər verir ki, Azərbaycan komandası növbəti "Böyük Dəbilqə" turnirinin keçiriləcəyi Düşənbəyə yollanır.
Komandada səkkiz cüdoçu yer alıb: Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qəmzətxanov və Kənan Nəsibov (+100 kq).
Qeyd edək ki, mayın 2-4-də Tacikistan paytaxtında keçiriləcək yarışda 27 ölkədən komandaların iştirakı gözlənilir.
İdman.biz