Liqa yarışında iştirak edəcək cüdoçuların sayı açıqlanıb

Xəbərlər
17 Aprel 2025 17:43
284
Liqa yarışında iştirak edəcək cüdoçuların sayı açıqlanıb

U-17 yeniyetmələr arasında Liqa yarışının I turunda iştirak edəcək cüdoçuların və komandaların sayı açıqlanıb.

İdman.biz xəbər verir ki, birinciliyə 100 klub və idman cəmiyyətindən olan 873 idmançı (693 oğlan, 180 qız) qatılacaq.

Onlar aprelin 21-22-də Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq yarışda ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cari ildə U-17 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.

İdman.biz

Məqalədə: