Azərbaycan yığması Türingiya kubokunda

Xəbərlər
21 Mart 2025 19:17
70
Azərbaycan yığması Türingiya kubokunda

Azərbaycan yığması Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Türingiya kuboku beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış sabah start götürəcək.

Turnirdə millimiz 6 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq. Yarışda idmançılarımıza gənc qızlardan ibarət millimizin baş məşqçisi Amina Abdullatif rəhbərlik edəcək.

48 kq
Fəridə Mirzəyeva

52 kq
Gültac Məmmədəliyeva

57 kq
Xədicə Qədəşova
Gülnarə Bayramova

63 kq
Nilgün Rzayeva
Leyla Atayeva

70 kq
Pərvanə Abdullayeva

+78 kq
Nigar Süleymanova

İdman.biz