Paralimpiya Oyunlarının bürünc mükafatçısı: “Bakıdakı qələbə yaxşı əlamətdir”

Xəbərlər
27 Sentyabr 2023 11:12
290
Paralimpiya Oyunlarının bürünc mükafatçısı: “Bakıdakı qələbə yaxşı əlamətdir”

Bakıda keçirilən paracüdo üzrə Qran-prinin titullu iştirakçılarından biri də Yay Oyunlarının ikiqat bürünc mükafatçısı Aleksandru Florin Boloqadır (73 kq).

İdman.biz-in məlumatına görə, J1 kateqoriyasında mübarizə aparan rumıniyalı idmançı finalda italiyalı Donqa Kamaniyə qalib gələrək qızıl medal qazanıb.

Mükafatlandırma mərasimindən sonra Boloqa etiraf edib ki, yarış onun üçün Paris-2024 Paralimpiya Yay Oyunları öncəsi çox yaxşı sınaq olub: “Bu yaxşı əlamətdir və mən nəticədən çox razıyam. Özümü yaxşı hiss edirdim və finala necə hazırlaşacağımı bilirdim, çünki italyan mənim əzəli rəqibimdir. Mən onun texnikasına bələdəm və şadam ki, məşqçi ilə əvvəlcədən müzakirə etdiyimiz taktiki planı tətbiq edə bildim”.

O əlavə edib ki, ötən ay Avropa çempionatı və Dünya Oyunları da daxil olmaqla gərgin dövr olub: “Ancaq mən fiziki hazırlığımı yaxşılaşdıra bildim. Parisdəki Oyunlara qədər eyni ruhda işləməyə davam edəcəyəm”.

İdman.biz