Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti və məşqçilər üçün seminar təşkil olunub.
İdman.biz xəbər verir ki, təlim zamanı ilk dəfə yeniyetmə cüdoçular arasında keçiriləcək ne-waza üzrə ACF Kubokunun qaydaları haqqında məlumat verilib.
Seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli A kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən aparılıb. Təlimdə, cüdoçulara hansı hallarda cərimə və ya xəbərdarlıqların verilməli olduğu ətraflı müzakirə olunub və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Bununla yanaşı, aparıcı hakimlərin iştirakı ilə yarışların daha dəqiq və səmərəli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, iyulun 20-də ilk dəfə yeniyetmələr arasında cüdo üzrə ne-waza ACF Kuboku keçiriləcək.
İdman.biz