Azərbaycan millisi Avropa kubokunda iştirak edəcək - HEYƏT

Xəbərlər
12 Aprel 2024 15:07
668
Azərbaycan millisi Avropa kubokunda iştirak edəcək - HEYƏT

Cüdo üzrə Azərbaycan milli komandası gənclər arasında Avropa Kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, yığmamız yarışa 9 cüdoçu ilə qatılacaq.

Turnir aprelin 13-də Polşanın Poznan şəhərində baş tutacaq. Millimiz Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışa qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi atında yollanacaq. Poznan tatamisində Fəridə Mirzəyeva, Könül Əliyeva (48 kq), Xədicə Qədəşova, Nuray Quliyeva (52 kq), Gülnarə Bayramova, Fidan Qasımova (57 kq), Leyla Atayeva (63 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 21 ölkədən 420 idmançı iştirak edəcək.

İdman.biz

Məqalədə: