Haruka Kaju və Ömər Rəcəbli azarkeşlərlə görüşəcək

8 Oktyabr 2026 11:54
104
Haruka Kaju və Ömər Rəcəbli azarkeşlərlə görüşəcək

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində bu gün azarkeşlər üçün növbəti “Meet & Greet” tədbiri təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, görüş Milli Gimnastika Arenasının tamaşaçılar üçün əsas girişinə yaxın ərazidə yerləşən Fan-zonada keçiriləcək.

Tədbirdə Bakıdakı dünya çempionatının qalibi, Yaponiya təmsilçisi Haruka Kaju və yarışın bürünc mükafatçısı, Azərbaycan cüdoçusu Ömər Rəcəbli iştirak edəcəklər.

Görüş saat 15:30-da başlayacaq.

İdman.Biz