Ömər Rəcəbli Bakıdakı DÇ-də qazandığı medalı atasına həsr etdi - İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

7 Oktyabr 2026 20:47
127
Ömər Rəcəbli Bakıdakı DÇ-də qazandığı medalı atasına həsr etdi - İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında qazandığı bürünc medalı atasına həsr edib.

İdman.Biz-in sualını cavablandıran 81 kq çəki dərəcəsində çıxış edən idmançı atasının nailiyyətini təkrarladığı üçün xoşbəxt olduğunu deyib:

“Medal qazandığım üçün xoşbəxtəm. 25 il əvvəl atam dünya çempionatında bürünc medal qazanıb. Onun nailiyyətini təkrarlamaq böyük işdir. Medalı da atama həsr edirəm. O, həmişə mənə dəstək olur və motivasiya verir. Onsuz buna nail ola bilməzdim. Sırf ona görə bu gün buradayam”.

Ömər Rəcəbli turnirdə qızıl medal qazanmağı hədəflədiyini bildirib:

“Amma alınmadı. Qismət belə idi. İlk dəfədir ki, böyüklər arasında dünya çempionatında iştirak edirdim. İki dəfə Avropa çempionatında məğlub olmuşam. Artıq bu tilsimi qırdım. Buna görə çox xoşbəxtəm”.

Qeyd edək ki, Ömər Rəcəbli Azərbaycanın veteran cüdoçusu Elxan Rəcəblinin oğludur. Elxan Rəcəbli 2001-ci ildə Almaniyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdman.Biz