Avropa çempionatında çıxış edəcək cüdo millimizin heyətində dəyişiklik olub

8 Aprel 2026 19:24
335
Avropa çempionatında çıxış edəcək cüdo millimizin heyətində dəyişiklik olub

Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik baş verib.

İdman.Biz-in məlumatına görə, 66 kq çəki dərəcəsində Ruslan Paşayevin zədə alması səbəbindən onun əvəzinə Turan Bayramov heyətə daxil edilib.

Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 16–19 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

İdman.Biz