Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən idmançılarımız Vətənə qayıdıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bildirilib ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizədə iki qızıl, iki gümüş və beş bürünc olmaqla doqquz medal qazanıblar, qarışıq komanda yarışında isə çempion olublar.
