Naxçıvanda idmançılar üçün kəmər dərəcələri imtahanı təşkil edilib - FOTO

Xəbərlər
31 Oktyabr 2025 16:47
36
Naxçıvanda idmançılar üçün kəmər dərəcələri imtahanı təşkil edilib - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Naxçıvan Olimpiya Kompleksində bu gün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Bu barədə İdman.Biz-ə ACF-nin mətbuat xidmətindən bildirilib.

İmtahanda Naxçıvan Muxtar Respublikasının 115 cüdoçusu müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

İdman.Biz