17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək

Xəbərlər
21 Oktyabr 2025 16:20
30
17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək

17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.

İdman.Biz Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Xızı, Abşeron və Sumqayıt idmançıları mübarizə aparacaqlar.

Yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir. Həmçinin regional birincilik millinin heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, turnir oktyabrın 25-26-da Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq.

İdman.Biz