Açıq Avropa Turniri: Cüdoçularımız kişilərin mübarizəsində birinci oldu - FOTO

Xəbərlər
28 Sentyabr 2025 23:35
42
Açıq Avropa Turniri: Cüdoçularımız kişilərin mübarizəsində birinci oldu - FOTO

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Açıq Avropa Turniri başa çatıb.

İdman.biz xəbər verir ki, sonuncu yarış günündə millimiz aktivinə daha 3 medal yazdırıb.

81 kq çəkidə Məhərrəm İmamverdiyev keçirdiyi altı görüşün hamısını qələbə ilə tamamlayaraq qızıl medalı boynundan asıb.

Qadın cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, ötən gün yarışda İslam Rəhimov (66 kq) qızıl, Nazir Talıbov (66 kq) gümüş, Hüseyn Allahyarov və Murad Muradlı (hər ikisi 60 kq) bürünc medallara layiq görülmüşdü.
Yekunda 2 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edən Azərbaycan 35 ölkə arasında ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillənin sahibi olub.

İdman.biz