Fərid Qayıbov üçüncü dəfə Avropa Gimnastikasının prezidenti vəzifəsinə namizəd olacaq

Xəbərlər
28 İyun 2025 09:41
52
Fərid Qayıbov üçüncü dəfə Avropa Gimnastikasının prezidenti vəzifəsinə namizəd olacaq

Çexiyanın paytaxtı Praqada Avropa Gimnastikasının (EG) Konqresi keçiriləcək.

İdman.biz xəbər verir ki, seçkili vəzifələrə namizədlərin müraciəti üçün son tarix artıq başa çatıb və qurum onların tam siyahısını açıqlayıb.

EG prezidenti Fərid Qayıbov üçüncü müddətə namizəd olacaq. Bu vəzifəyə daha bir iddialı xorvat Mario Vukoyadır.

Noyabrın 29-da keçiriləcək Konqresdə EG-nin yeni rəhbər heyəti, həmçinin İcraiyyə Komitəsi və texniki komitələrin üzvləri seçiləcək.

İdman.biz