Simonov Avropa çempionatının finalında

30 May 2025 12:36
263
Simonov Avropa çempionatının finalında

Bu gün Almaniyanın Leypsiq şəhərində idman gimnastikası üzrə Avropa çempionatında fərdi yarışlarda finalların ilk günüdür.

İdman.biz xəbər verir ki, Nikita Simonov halqalarla hərəkətlərin finalında çıxış edəcək.

Azərbaycan yığmasının gimnastı təsnifat mərhələsində yeddinci nəticə göstərib.

Qeyd edək ki, Simonov ötənilki qitə çempionatında gümüş medal qazanmışdı. Bu mövsüm isə o, Dünya kubokunun ümumi hesabında birinci yeri tutub.

İdman.biz