Ağarzayev və Tixonov Dünya kubokunun finalında kimlərlə yarışacaqlar?

8 Mart 2025 10:33
302
Ağarzayev və Tixonov Dünya kubokunun finalında kimlərlə yarışacaqlar?

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda finalların ikinci gününün iştirakçıları müəyyənləşib.

İdman.biz xəbər verir ki, sabah qadınlarda gimnastika tiri və sərbəst hərəkətlər, kişilər arasında isə dayaqla tullanma, dəstəli at və turnik üzrə yarışlar keçiriləcək.

Yarışın son günündə iki finalda Azərbaycan gimnastları da çıxış edəcəklər. Murad Ağarzayevin dayaqla tullanmada rəqibləri Mingqi Huang (Çin), Nazar Çepurnı (Ukrayna), Yeqor Şaramkov (neytral idmançı), Beno Kunst (Sloveniya), Eddi Penev, Dimitar Dimitrov (hər ikisi Bolqarıstan) və Çandraşekar Naidu Uday (Hindistan) olacaqlar.

İvan Tixonov isə turnik yarışının finalında Milad Karimi (Qazaxıstan), Kenta Çiba, Kazuki Matsumi (hər ikisi Yaponiya), Noah Kuavita (Belçika), Mingqi Huang (Çin), Riçards Plate (Latviya) və İoann Cimşeleişvili (Gürcüstan) ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün ilk finallarda isə idmançılarımız Dəniz Əliyeva dayaqla tullanmada və Nikita Simonov halqalarda çıxış edəcəklər.

İdman.biz