Selcan Mahsudova və Əli Niftəliyev Bakıda keçirilən Dünya kubokunda bürünc medal qazanıblar.
İdman.biz xəbər verir ki, qarışıq cütlüklər arasında sinxron yarışda Azərbaycanın batut gimnastları fəxri kürsüyə yüksəliblər.
Mahsudova və Niftəliyev çıxışlarına görə 47.990 xal toplayıblar ki, bu da onlara ilk üçlüyə daxil olmağa və tarixi medallar qazanmağa imkan verib.
Amerikalı batutçular birinci, özbəkistanlı gimnastlar isə ikinci olublar.
Qadınların sinxron yarışında Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlüyü 4-cü yeri tutub. Həmçinin kişilərin sinxron yarışında Mehdi Əliyev və Nicat Mirzəyevdən ibarət cütlük də 4-cü olub.
İdman.biz