Beynəlxalq Gimnastika Federasiyası (FIG) sabah Gimaraeşdə (Portuqaliya) başlayacaq akrobatika üzrə dünya çempionatı ərəfəsində Azərbaycan komandasının şanslarını dəyərləndirib.
İdman.biz xəbər verir ki, FIG mütləq Avropa çempionu kimi mübarizə aparacaq Raziyə Seyidli - Ağasif Rəhimov qarışıq cütünü xüsusi qeyd edib.
“Seyidli və Rəhimov vaxtilə dünya çempionatında fəxri kürsüyə çıxıblar, lakin orada heç vaxt qızıl medal qazanmayıblar. Onlar qalib olmağı çox istəyirlər”, - beynəlxalq federasiya dünya çempionatı ilə bağlı məqaləsində belə yazır.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı həmçinin Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi cütlüyü və Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişi qrupu təmsil edəcək.
İdman.biz