Vəfa Bəkərova: “Valideynlər bizə güvənsinlər, başqa növ təklif olunanda, etiraz etməsinlər” - VİDEO

Xəbərlər
23 Yanvar 2024 17:15
187
Vəfa Bəkərova: “Valideynlər bizə güvənsinlər, başqa növ təklif olunanda, etiraz etməsinlər” - VİDEO

"Valideynlər daha çox övladlarını bədii gimnastikaya gətirirlər. Bu növ çox populyarlaşıb".

Bunu İdman.bizin studiyasının qonağı olan "Ocaq Sport" klubunun İdarə Heyətinin sədri Vəfa Bəkərova deyib.

Sabiq gimnast bədii gimnastikaya marağın çox böyük olduğunu, amma hər bir uşağın bu növlə məşğul ola bilməyəcəyini açıqlayıb. O bildirib ki, seçim zamanı məşqçilərin məsləhətlərinə də qulaq asmaq faydalı ola bilər: "Seçimlərlə bağlı valideynlərə səslənmək istəyirəm. Bədii gimnastika çox gözəl, çox estetik idman növüdür. Amma çox təəssüf ki, hər uşaq bu idman növü üçün uyğun deyil. Qızların fiziki göstəriciləri estetik və elastik olmalıdır. Hər uşaqda bu, mövcud olmur. Bizim klubda digər gimnastika növləri də var. Məşqçilər peşəkardırlar. Xahiş edirəm, valideynlər bizə güvənsinlər. Gimnastikanın başqa növü təklif olunanda, etiraz etməsinlər. Hətta belə hallar çox olub ki, biz uşağının aerobika gimnastikasında daha uğurlu olacağını demişik. Buna isə valideynlər etiraz ediblər. Onların istəyi ilə uşağı bədii gimnastika bölməsində saxlamışıq və zaman keçdikcə onlar da burda övladlarında inkişaf olmadığını görüblər. Daha sonra aerobikada qısa zamanda nəticə verib".

Emin Ağa
İdman.biz