İsrail İdman Arbitraj Məhkəməsinə müraciət edib

Xəbərlər
13 Oktyabr 2025 21:58
29
İsrail İdman Arbitraj Məhkəməsinə müraciət edib

İdman Arbitraj Məhkəməsi (CAS) israilli gimnastların oktyabrın 19-25-də Cakartada keçiriləcək dünya çempionatından kənarlaşdırılması ilə bağlı şikayətləri qeydə alıb.

İdman.Biz bildirir ki, bundan əvvəl İndoneziya hakimiyyəti İsrail idmançılarına, o cümlədən Olimpiya çempionu Artyom Dolqopyata yarışda iştirak etmək üçün viza verməmişdi.

“CAS təsdiq edir ki, İsrail Gimnastika Federasiyası Cakartada keçiriləcək dünya çempionatında nümayəndə heyətinin tərkibi ilə bağlı İdman Arbitraj Məhkəməsinə iki apellyasiya şikayəti verib.

Beynəlxalq Gimnastika Federasiyasına (FIG) qarşı verilmiş ilk şikayət FIG-in 10 oktyabr 2025-ci il tarixli bəyannaməsi barədədir.

Altı israilli gimnastın dəstəklədiyi ikinci müraciətdə CAS-dan federasiyanı İsrailin çempionatlarda iştirakını təmin etmək üçün lazımi tədbirlər görməyə məcbur etmək və ya çempionatları təxirə salmaq, ya da ləğv etmək tələb olunur”, - CAS bildirib.

CAS qeyd edib ki, müraciətlərdə eyni məsələlərlə bağlı müvəqqəti tədbirlərin görülməsi tələbi də var. Məhkəmə 13-14 oktyabr tarixləri arasında qərar çıxaracaq.

İdman.Biz