AÇ-2026-nın püşkatma mərasimin vaxtları açıqlanıb

Xəbərlər
4 Dekabr 2023 11:24
260
AÇ-2026-nın püşkatma mərasimin vaxtları açıqlanıb

Futzal üzrə 2026-cı ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimin keçiriləcəyi vaxt dəqiqləşib.

İdman.biz xəbər verir ki, ilkin mərhələnin püşkü 2024-cü il yanvarın 25-də keçiriləcək.

Oyunlar aprelin 8-dən 17-dək təşkil olunacaq. Bu mərhələdə uğur qazanacaq millilər mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalara qoşulacaq.

Əsas mərhələnin püşkü isə 2024-cü il iyulun 17-də atılacaq. Bu mərhələdə oyunlar ev-səfər sistemi ilə keçiriləcək. Pley-offun püşkü 2025-ci il 15 may, oyunlar isə 15-24 sentyabr tarixlərdə baş tutacaq.

Qeyd edək ki, final mərhələsi 2026-cı ildə 18 yanvar - 8 fevralda Riqa və Kaunas şəhərlərində təşkil olunacaq.

İdman.biz