Yığmamızın Niderlandla oyununun hakimləri müəyyənləşib

Xəbərlər
1 Dekabr 2023 11:50
517
Yığmamızın Niderlandla oyununun hakimləri müəyyənləşib

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində Niderland yığması ilə oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, dekabrın 20-də Almere şəhərində keçiriləcək qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Matçda Dominyikas Norkus, Mantas Pomeçkis və İrmantas Kapraşovas ədaləti qoruyacaq. Vaxtı isə niderlandlı Joern Te Kloeze izləyəcək.

Qeyd edək ki, Niderland – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İdman.biz