Azərbaycan - Rumıniya oyunun hakimləri bəlli olub

Xəbərlər
30 Noyabr 2023 16:43
185
Azərbaycan - Rumıniya oyunun hakimləri bəlli olub

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində keçiriləcək Azərbaycan - Rumıniya oyununa hakim təyinatları açıqlanıb.

İdman.biz xəbər verir ki, dekabrın 15-də baş tutacaq matçı Polşadan olan hakimlər briqadası idarə edəcək.

Görüş Damian Qrabovski, Slavomir Steçko və Monika Çudzinoviçə həvalə olunub. Vaxta isə Ramil Namazov nəzarət edəcək.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək oyun saat 20:00-da start götürəcək.

İdman.biz