Millimiz Mərakeşə uduzub

Xəbərlər
28 Noyabr 2023 21:51
224
Millimiz Mərakeşə uduzub

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan beynəlxalq turnirdə növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız Mərakeşlə münasibətlərə aydınlıq gətirib.

Bakı İdman Sarayında baş tutan matçda rəqib komanda 5:1 hesabı ilə qələbə qazanıb. Mərakeşlilər birinci hissədə millimizin qapısından 3 cavabsız top keçiriblər. Fasilədən sonra da daha yaxşı oynayan afrikalılar 5:1 hesabı ilə qalib gəliblər. Millimizin heyətində yeganə qolu Mirzə Əmirov penalti zərbəsi ilə vurub. Bu məğlubiyyətdən sonra Azərbaycan yığması turnirdə mübarizəni erkən başa vurub.

28 noyabr
Azərbaycan – Mərakeş – 1:5

İdman.biz