AVRO-2026 başqa ölkədə keçirilə bilər - Belarus yığmasını öz ərazilərində qəbul etmək istəmirlər

Xəbərlər
15 May 2025 18:22
51
AVRO-2026 başqa ölkədə keçirilə bilər - Belarus yığmasını öz ərazilərində qəbul etmək istəmirlər

UEFA futzal üzrə 2026-cı il Avropa çempionatının başqa ölkəyə keçirilməsini nəzərdən keçirir.

İdman.biz xəbər verir ki, buna səbəb Litva və Latviyanın Belarus yığmasını öz ərazilərində qəbul etmək istəməməsidir.

AVRO-2026 gələn il yanvarın 18-dən fevralın 8-dək Riqa və Kaunasda keçirilməlidir. Belarus komandası seçmə qrupda birinci yeri tutaraq turnirə vəsiqə qazanıb.

Litva Futbol Federasiyasının prezidenti Edqars Stankeviçyus UEFA prezidenti Aleksandr Çeferinlə görüşüb və Belarus yığmasının Litvada oynamayacağı barədə məlumat verib: "UEFA rəhbərliyi bizi tam başa düşür, lakin məsələnin idman tərəfini - seçmə mərhələdən vəsiqə qazanan komandanın çempionatda oynamaq hüququna malik olduğunu müdafiə etməkdə davam edirlər. Onlar bu idman prinsipini əsas gətirirlər, həm də bu federasiyaya qarşı heç bir sanksiya tətbiq edilməyib.

Avropa çempionatını başqa ölkədə keçirmək alternativi də, sözsüz ki, var. Təbii ki, bu, sonuncu variantdır, lakin həm də realdır".

KİV-in məlumatına görə, AVRO-2026-ya Qazaxıstan ev sahibliyi edə bilər.

İdman.biz