Emin Kürdov: “Nəticə lazım olsa da, o qədər də önəmli deyil”

Xəbərlər
12 Aprel 2024 12:49
Emin Kürdov: “Nəticə lazım olsa da, o qədər də önəmli deyil”

“Hazırlığımız əsasən fiziki və taktiki istiqamətdə keçilir”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında futzal üzrə Azərbaycan millisinin kapitanı Emin Kürdov deyib.

O, Gürcüstan yığması ilə keçirəcəkləri iki yoldaşlıq oyunu şərh edib. 40 yaşlı futzalçı bildirib ki, hazırda komandanın 90 faizi gənc oyunçulardan ibarətdir: “Yeni komanda yaranıb. Futzalımıza yeni era gəlib. Uşaqlarda təcrübə azdır. Baş məşqçimizin də dediyi kimi, bizim üçün nəticə lazım olsa da, o qədər də önəmli deyil. Çünki məqsədimiz gənclərin bu oyundakı praktikasıdır. Çalışacağıq ki, maksimum şəkildə bu oyundan yararlanaq və yaxşı nəticə qazanaq”.

Onun sözlərinə görə, yoldaşlıq oyunu Avropa çempionatının seçmə mərhələsində oyunlara hazırlıq məqsədi daşıyır: “Seçmə mərhələnin oyunlarına qədər komandanı təmiz şəkildə formalaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, milli aprelin 14-də və 16-da Tiblisidə Gürcüstanla yoldaşlıq oyunu keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: