Yevgeni Kukseviç: "Yığmaya yeni oyunçular cəlb etmişəm"

Xəbərlər
19 Yanvar 2026 11:06
62
Yevgeni Kukseviç: "Yığmaya yeni oyunçular cəlb etmişəm"

“Milli komandaya yeni oyunçular cəlb etmişəm”.

İdman.Biz xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Yevgeni Kukseviç jurnalistlərə açıqlamasında deyib.

O, yığmada perspektivli oyunçuların olduğunu bildirib:

“Hazırlığa ötən gündən start vermişik. Geniş heyətlə toplanış keçirik. Hər şey qaydasındadır. Yeni oyunçuların üzərində işləyib, onları beynəlxalq yarışlara hazırlaşdırmaq istəyirik. Məqsədimiz yaxşı komanda qurmaqdır”.

Hazırlıq prosesində 4-ü qapıçı olmaqla, ümumilikdə 19 futzalçı iştirak edir.

Yığma toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.

İdman.Biz