Ferstappen "Red Bull"da qalacaq - VİDEO

Xəbərlər
25 İyul 2025 18:13
67
Ferstappen "Red Bull"da qalacaq - VİDEO

Formula-1 üzrə dünya çempionu Maks Ferstappen növbəti mövsümdə "Red Bull"da çıxış edəcək.

İdman.biz xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yer alıb.

Son 4 mövsümdə çempion olan niderlandlı pilotun Avstriya komandası ilə 2028-ci ilin sonuna kimi müqaviləsi var. Maksın 2025-ci il başa çatdıqda "Red Bull"a yollarını ayıracağı xəbərləri yayılıb. Amma razılığa görə Ferstappen 2026-cı ilin sonuna kimi komandada qalacaq və bundan sonra gələcəyi ilə bağlı qərar verə biləcək.

Qeyd edək ki, 2025-ci ildə "Red Bull" nəticələri zəifləyib. Maks 12 mərhələdən sonra 165 xalla 3-cü pillədə qərarlaşıb. O, "Maklaren" pilotları Oskar Piastri (234 xal) və Lando Norrisdən (226 xal) geri qalır.

İdman.biz