Möhtəşəm "F1 75 Live" şousu olacaq

Xəbərlər
18 Fevral 2025 17:39
143
Möhtəşəm "F1 75 Live" şousu olacaq

2025-ci il avtomobil idmanı və Formula 1 pərəstişkarları üçün unudulmaz bir il olacaq.

İdman.biz xəbər verir ki, 75 illik yubiley münasibətilə keçiriləcək xüsusi "F1 75 Live" tədbiri bu gün Londondakı The O2 Arenasında baş tutacaq.

15,000 azarkeş arenada bu möhtəşəm şounu yaxından izləyəcək. Bu möhtəşəm gecədə Formula 1-in 10 komandası, sürücüləri və komanda rəhbərləri iştirak edəcək, yeni mövsümdə 2025-ci il avtomobillərinin dizaynları təqdim olunacaq. Tədbirdə yalnız yeni avtomobillər deyil, həm də Luis Hamiltonın “Ferrari”yə keçidindən sonra ilk dəfə rəsmi təqdimatı, gənc pilotların debütləri və “Red Bull”un yeni heyəti təqdim ediləcək. Tədbir musiqi dünyasından da böyük sürprizlərlə zəngindir – Kane Broun, Take That və MGK kimi sənətçilər səhnəyə çıxacaqlar.

Həmçinin Formula 1 azarkeşləri üçün bu tədbir F1-in sosial media kanallarında, o cümlədən YouTube-da yayımlanacaq. 19 fevral, Bakı vaxtı ilə saat 00:00-da canlı yayımla izləyicilər, bu möhtəşəm anları izləyə biləcəklər. Tədbir, Formula 1 azarkeşləri üçün şübhəsiz ki, yaddaqalan bir gecə olacaq.

Qeyd edək ki, Bakı Qran-Prisi bu il 19-21 sentyabr tarixlərində keçiriləcək. Artıq “Sahil”, “Filarmoniya” və “Zəfər” tribunalarına biletlər qısa zaman ərzində tamamilə tükənib.

İdman.biz

Məqalədə: