82 yaşlı “Red Bull” Formula 1 komandasının məsləhətçisi Helmut Marko 2025-ci ilin sonunda Avstriya komandasından ayrılacaq.
Bu barədə İdman.Biz The Telegraph-a istinadən məlumat verir.
Britaniyalı jurnalistlərin məlumatına görə, “Red Bull” Helmut Marko arasındakı fikir ayrılığı artıq həll olunub. Avstriyalı mütəxəssis müqaviləsinin növbəti “Formula-1” mövsümünün sonuna qədər olmasına baxmayaraq, ilin sonunda vəzifəsindən ayrılacaq. Rəsmi olaraq, Marko komandada 20 il işlədikdən sonra öz istəyi ilə ayrılacaq.
Bu mövsüm “Red Bull” konstruktorlar çempionatında üçüncü yeri tutub, dördqat seriya çempionu Maks Ferstappen isə “McLaren” komandasından yeni çempion Lando Norrisdən iki xal geri qalaraq ikinci yeri tutub.
