Ferstappen Las-Veqas Qran-prisində qalib gəldi

Xəbərlər
23 Noyabr 2025 10:30
25
Ferstappen Las-Veqas Qran-prisində qalib gəldi

“Formula-1”in 22-ci mərhələsində, Las-Veqas Qran-prisində “Red Bull” komandasının pilotu Maks Ferstappen qalib gəlib.

İdman.Biz xəbər verir ki, Ferstappen elə startdaca liderliyə yüksəlib.

Lando Norris ilk döngədə səhvə yol verərək trasın kənarına çıxıb və həmin anda həm Ferstappenə, həm də Corc Rassellə mövqeyini verib.

Daha sonra britaniyalı sürücü boks dayanacaqlarından sonra Rasselli keçməyi bacarıb və ikinci yeri təmin edib.

Yekun nəticələr belədir:

1. Maks Ferstappen (“Red Bull”) — 25 xal

2. Lando Norris (“McLaren”) +20.741

3. Corc Rassell (“Mercedes”) +23.546

4. Oskar Piastri (“McLaren”) +27.650

5. Andrea Kimi Antonelli (“Mercedes”) +30.488

6. Şarl Lekler (“Ferrari”) +30.678

7. Karlos Sayns (“Williams”) +34.924

8. İsak Hacar (“Racing Bulls”) +45.257

9. Niko Hülkenberq (“Kick Sauber”) +51.134

10. Lyuis Hamilton (“Ferrari”) +59.369

11. Esteban Okon (“Haas”) +1:00.635

12. Oliver Berman (“Haas”) +1:10.549

13. Fernando Alonso (“Aston Martin”) +1:25.308

14. Yuki Tsunoda (“Red Bull”) +1:26.974

15. Pier Qasli (“Alpine”) +1:31.702

16. Liam Lauson (“Racing Bulls”) +1 dövrə

17. Franko Kolapinto (“Alpine”) +1 dövrə

18. Aleks Albon (“Williams”) - yarışı 36-cı dövrədə dayandırıb

19. Qabriel Bortoleto (“Kick Sauber”) - 3-cü dövrədə yarışı tərk edib

20. Lens Stroll (“Aston Martin”) - 1-ci dövrədə çıxışını dayandırıb

Bu nəticə Ferstappenin mövsüm üçün titul mübarizəsində mövqeyini gücləndirir. Norris isə ikinci yer sayəsində xal hesabında iddiasını davam etdirir.

İdman.Biz