III MDB Oyunlarında futbol yarışının püşkü atıldı

22 Sentyabr 2025 17:06
245
III MDB Oyunlarında futbol yarışının püşkü atıldı

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışının püşkü atılıb.

İdman.biz xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu

27 sentyabr

12:00. Tacikistan – Azərbaycan

29 sentyabr

14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr

14:00. Azərbaycan - Qırğızıstan

B qrupu

27 sentyabr

14:00. Belarus – Rusiya

29 sentyabr

12:00. Belarus – Özbəkistan

1 oktyabr

12:00. Rusiya – Özbəkistan

3 oktyabr

12:00. 5-ci yer uğrunda matç

14:00. 3-cü yer uğrunda matç

4 oktyabr

14:00. Final

İdman.biz