"Neftçi" 500 min avroluq futbolçu ilə razılığa gəldi - FOTO

Xəbərlər
20 Sentyabr 2025 17:17
54
"Neftçi" 500 min avroluq futbolçu ilə razılığa gəldi - FOTO

"Neftçi" heyətinə daha bir futbolçu cəlb edəcək.

İdman.biz Supersport.Az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi hazırda klubsuz olan dayaq yarımmüdafiəçisi Matye İfeanyilə razılığa gəlib.

Futbolçunun qiyməti 500 min avrodur.

Qeyd edək ki, 28 yaşlı Matye İfeanyi karyerası ərzində "Kanemi Varriors", "Kano Pillars" (hər ikisi Nigeriya), "Lillestrom"(Norveç), "Osmanlıspor" (Türkiyə), "Sürix" (İsveçrə) klublarında oynayıb.

İdman.biz

Məqalədə: