“Barselona”dan Çempionlar Liqasının 20 illik SƏFƏR QƏLƏBƏSİ

Xəbərlər
19 Sentyabr 2025 14:19
88
“Barselona”dan Çempionlar Liqasının 20 illik SƏFƏR QƏLƏBƏSİ

"Barselona” Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk oyununda “Nyukasl Yunayted”i 2:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, bu qələbə katalon klubunun ən prestijli Avropa klub turnirində son 20 ildə qazandığı ilk səfər qələbəsi olub.

“Barselona” Çempionlar Liqasının ilk səfər oyununu 2005/06 mövsümündən bəri qazana bilmirdi. Həmin mövsümdə kataloniyalılar “Verder”i 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə 2:1 hesabı ilə “Arsenal”a qalib gələn "Barselona" kuboku qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının finalı gələn il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

İdman.biz