İtaliya Superkuboku bu tarixdə Səudiyyə Ərəbistanında keçiriləcək

Xəbərlər
18 Sentyabr 2025 16:44
29
İtaliya Superkuboku bu tarixdə Səudiyyə Ərəbistanında keçiriləcək

İtaliya Superkuboku dekabr ayında Səudiyyə Ərəbistanında baş tutacaq.

İdman.biz "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Ər-Riyaddə keçiriləcək futbol matçlarında format əvvəlki kimi qalacaq.

Turnirdə dörd komanda, iki yarımfinal və final olacaq.

Yarımfinallar dekabrın 18-də “Napoli” “Milan”la qarşılaşacaq. Növbəti gün "Bologna” “İnter”lə üz-üzə gələcək. Final oyunu isə dekabrın 22-də keçiriləcək.

Qeyd edək ki, İtaliya Superkubokunun hazırkı qalibi “Milan” klubudur.

İdman.biz