"Benfika" "Qarabağ"a məğlubiyyətə görə Bruno Lajini istefaya göndərib

Xəbərlər
17 Sentyabr 2025 09:09
51
"Benfika" "Qarabağ"a məğlubiyyətə görə Bruno Lajini istefaya göndərib

Portuqaliyanın “Benfika” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisi Brunu Lajini istefaya göndərib.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı klub prezidenti Ruy Koşta təsdiqləyib.

O, bunun üçün təəssüfləndiyini bildirib.

Portuqaliyanın nüfuzlu “A Bola” nəşrinin yazdığına görə, baş məşqçi postuna əsas namizəd Joze Mourinyodur. Mənbə bildirir ki, bu gün təcrübəli mütəxəssislə rəsmi danışıqlara başlanacaq.

Qeyd edək ki, “Qarabağ” Lissabonda baş tutan oyunda rəqibini 3:2 hesabı ilə məğlub edərək tarixi qələbə qazanıb.

İdman.biz