Bazar günü, sentyabrın 14-də İspaniya La Liqasının oyunları keçirilib.
İdman.biz-in məlumatına görə, həmin gün dörd qarşılaşma baş tutub.
İki matç heç-heçə ilə nəticələnib — "Jirona" ilə "Selta" (1:1), "Real Betis" ilə "Levante" (2:2).
Digər görüşdə "Osasuna" doğma meydanda "Rayo Valyekano"nu 2:0 hesabı ilə məğlub edib.
Günün son oyununda isə "Barselona" "Valensiya"nı darmadağın edərək qapısından 6 cavabsız top keçirib. Kataloniya klubunun heyətində Fermin Lopes, Rafinya və Levandovski dubl edib.
La Liqa, IV tur
14 sentyabr
16:00. "Selta" – "Jirona" — 1:1
18:15. "Levante" – "Real Betis" — 2:2
20:30. "Osasuna" – "Rayo Valyekano" — 2:0
23:00. "Barselona" – "Valensiya" — 6:0
Qollar: Lopes, 29 (1:0), 56 (3:0), Rafinya, 53 (2:0), 66 (4:0), Levandovski, 76 (5:0), 86 (6:0).
İdman.biz
